Çilidə 5,6 bal gücündə zəlzələ olub

Çilidə 5,6 bal gücündə zəlzələ olub Yeraltı təkanların episentri İlyapel şəhərinin 9 km cənubunda yerləşib
Digər ölkələr
18 Aprel , 2016 16:49
Çilidə 5,6 bal gücündə zəlzələ olub

Bakı. 18 aprel. REPORT.AZ/ Bu gün Çilinin cənub hissəsində 5,6 bal gücündə zəlzələ baş verib. "Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Geoloji Xidmət İdarəsi məlumat verib.

Yeraltı təkanların episentri İlyapel şəhərinin 9 km cənubunda yerləşib. Zəlzələ ocağı 39,4 km dərinlikdə yerləşib.

Ölən və yaralananlar barədə heç bir məlumat yoxdur.

Son xəbərlər

Orphus sistemi