Bakı. 18 aprel. REPORT.AZ/ Bu gün Çilinin cənub hissəsində 5,6 bal gücündə zəlzələ baş verib. "Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Geoloji Xidmət İdarəsi məlumat verib.
Yeraltı təkanların episentri İlyapel şəhərinin 9 km cənubunda yerləşib. Zəlzələ ocağı 39,4 km dərinlikdə yerləşib.
Ölən və yaralananlar barədə heç bir məlumat yoxdur.