Çexiyada PKK terrorçusu saxlanılıb

Çexiyada PKK terrorçusu saxlanılıb "PKK-çının saxlanılması sübut edir ki, Parisdə terror hücumlarından sonra görülən tədbirlər səmərə verir"
Digər ölkələr
26 Noyabr , 2015 23:55
Çexiyada PKK terrorçusu saxlanılıb

Bakı. 26 noyabr. REPORT.AZ/ Çexiyanın Kralovoqradetsk diyarının polisi İnterpol xətti ilə axtarışda olan Türkiyə vətəndaşını – PKK fəalını saxlayıb. Polisin mətbuat katibi İvana Yeşkova KİV-lərə məlumat verib ki, PKK-çı terror əlaməti olan cinayətə görə mühakimə edilib.

Ölkənin daxili işlər naziri Milan Xovanets həmin məsələ ilə bağlı bildirib ki, PKK-çının saxlanılması sübut edir ki, Parisdə terror hücumlarından sonra görülən tədbirlər səmərə verir.

Çexiyanın CTK informasiya agentliyinin məlumatına görə, ölkə ərazisində saxlanılan kürd əsilli Türkiyə vətəndaşı öz ölkəsində Avropa İttifaqında və ABŞ-da qadağan edilən PKK terrorçu təşkilatı ilə əməkdaşlıq edib.

Son xəbərlər

Orphus sistemi