Yuxarı

Çexiyada PKK terrorçusu saxlanılıb

PKK-çının saxlanılması sübut edir ki, Parisdə terror hücumlarından sonra görülən tədbirlər səmərə verir

Bakı. 26 noyabr. REPORT.AZ/ Çexiyanın Kralovoqradetsk diyarının polisi İnterpol xətti ilə axtarışda olan Türkiyə vətəndaşını – PKK fəalını saxlayıb. Polisin mətbuat katibi İvana Yeşkova KİV-lərə məlumat verib ki, PKK-çı terror əlaməti olan cinayətə görə mühakimə edilib.

Ölkənin daxili işlər naziri Milan Xovanets həmin məsələ ilə bağlı bildirib ki, PKK-çının saxlanılması sübut edir ki, Parisdə terror hücumlarından sonra görülən tədbirlər səmərə verir.

Çexiyanın CTK informasiya agentliyinin məlumatına görə, ölkə ərazisində saxlanılan kürd əsilli Türkiyə vətəndaşı öz ölkəsində Avropa İttifaqında və ABŞ-da qadağan edilən PKK terrorçu təşkilatı ilə əməkdaşlıq edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi