​Çexiya xaricdə fəaliyyət göstərən 45 diplomatik missiyasını bağlaya bilər

​Çexiya xaricdə fəaliyyət göstərən 45 diplomatik missiyasını bağlaya bilər Bunun səbəbi vəsait çatışmazlığıdır
Digər ölkələr
20 İyun , 2015 15:47
​Çexiya xaricdə fəaliyyət göstərən 45 diplomatik missiyasını bağlaya bilər

Bakı. 20 iyun. REPORT.AZ/ Yaxın gələcəkdə Çexiya Xarici İşlər Nazirliyi dünya ölkələrində fəaliyyət göstərən 116 səfirlik və konsulluqlarından 45-ni bağlaya bilər.

"Report" Çexiyanın "Novinky" portalına istinadən xəbər verir ki, bu, büdcə vəsaitinə qənaət etmək üçün edilir.

Məlumata görə, Çexiyanın milli valyutası kronanın ucuzlaşması səbəbindən cari ilin xərcləri üçün XİN-ə təxminən 16,5 milyon dollar əlavə vəsait, gələn il üçün isə 37 milyon dollardan çox maddi vəsait lazım gələcək.

Əgər lazımi pul vəsaiti tapılmazsa, Çexiyanın müxtəlif ölkələrdəki səfirlik və konsulluqlarının təxminən 270 əməkdaşı işini itirə bilər.

Çex Respublikasının hakimiyyət orqanları belə tədbirlərə bundan əvvəl də əl atmağa məcbur olmuşdular. 

Son xəbərlər

Orphus sistemi