Bakı. 20 iyun. REPORT.AZ/ Yaxın gələcəkdə Çexiya
"Report" Çexiyanın "Novinky" portalına istinadən xəbər verir ki, bu, büdcə vəsaitinə qənaət etmək üçün edilir.
Məlumata görə, Çexiyanın milli valyutası kronanın ucuzlaşması səbəbindən cari ilin xərcləri üçün XİN-ə təxminən 16,5 milyon dollar əlavə vəsait, gələn il üçün isə 37 milyon dollardan çox maddi vəsait lazım gələcək.
Əgər lazımi pul vəsaiti tapılmazsa, Çexiyanın müxtəlif ölkələrdəki səfirlik və konsulluqlarının təxminən 270 əməkdaşı işini itirə bilər.
Çex Respublikasının hakimiyyət orqanları belə tədbirlərə bundan əvvəl də əl atmağa məcbur olmuşdular.