Bakı. 24 fevral. REPORT.AZ/ Bu ilin əvvəlindən Yunanıstan və İtaliyada gələn qaçqınların sayı bu həftə 100 min nəfəri keçib. "Report"un BMT-nin xəbər mərkəzinə istinadən verdiyi məlumta görə, bu barədə Beynəlxalq Miqrasiya Təşkilatından (BMqT) bildiriblər.
Fevralın 22-nə olan məlumata görə, yalnız Yunanıstana bu ilin əvvəlindən Aralıq dəniziylə 102 547 nəfər gəlib. 2015-ci ildə yeni miqrantların sayı iyul ayında 100 min həddini aşıb.
2016-cı ildə Aralıq dənizi vasitəsilə Avropaya üz tutan 413 miqrant və qaçqın ölüb. Aralıq dənizinin şərqində, Türkiyə və Yunanıstan arasında olan hissəyə marşrut ən ölümcül marşrut olaraq qalmaqdadır.
BMT-nin məlumatına görə, fevral ayında yunan adalarına 42,861 miqrant gəlib. Onlar əsasən suriyalı, əfqan, iraqlı, iranlı və pakistanlılardır. Eyni zamanda Mərakeş, Banqladeş və Somalidən də miqrantlar var.