Bu il Yunanıstana gələn qaçqın sayında artım olub

Bu il Yunanıstana gələn qaçqın sayında artım olub İlin əvvəlindən bu günə kimi 309 min 356 nəfər məhz Yunanıstandan keçməklə Avropaya gediblər
Digər ölkələr
12 Sentyabr , 2015 15:42
Bu il Yunanıstana gələn qaçqın sayında artım olub

Bakı. 12 sentyabr. REPORT.AZ/ Bu il Yunanıstana gələn qaçqın sayında artım olub. "Report" xarici mətbuata istinadən xəbər verir ki, təkcə son bir ayda Midili adasına gün ərzində təxminən iki min qaçqın gəlib.

Təxminən 40 nəfərlik qrup halında gələn qaçqınlar adaya gəlmək üçün rezin qayıqlardan istifadə ediblər. Həmin adaya gələn qaçqınlar daha sonra Afinanın Pire limanına doğru hərəkət edirlər.

Rəsmi mənbələrin məlumatına görə, Yunanıstana gələn qaçqınların sayı ötən illərlə müqayisədə 3 dəfə artıb. Belə ki, ilin əvvəlindən bu günə kimi 309 min 356 nəfər məhz Yunanıstandan keçməklə Avropaya gediblər.  

Son xəbərlər

Orphus sistemi