Braziliya senatorlarının əksəriyyəti prezident Dilma Rousseffin impiçmentinə səs verib

Braziliya senatorlarının əksəriyyəti prezident Dilma Rousseffin impiçmentinə səs verib Çıxışların hələ bir neçə saat davam edəcəyi gözlənilir
Digər ölkələr
31 Avqust , 2016 06:08
Braziliya senatorlarının əksəriyyəti prezident Dilma Rousseffin impiçmentinə səs verib

Bakı. 31 avqust. REPORT.AZ/ Braziliya senatorlarının yarıdan çoxu - 41 nəfər çərşənbə axşamı axşam prezident Dilma Rousseffin impiçmenti prosesində çıxış edib.

"Report"un məlumatına görə, bu barədə "Globo" portalı xəbər yayıb. 

Məlumata görə, prosesdə çıxış edənlərin əksəriyyəti - 25 senator prezidentin istefasını dəstəklədiklərini bildiriblər.

Senatın 81 üzvünün 66-ı çıxışlara yazılıb. Çıxışların hələ bir neçə saat davam edəcəyi gözlənilir. 

Portalın xəbərinə görə, impiçment əleyhinə 14 senator səs verib. İki nəfər mövqelərinin elan olunmasından imtina edərək bitərəf qalıblar.

Çıxış edən senatorların əksəriyyəti prezidentin impiçmentinə səs veriblər. 

Son xəbərlər

Orphus sistemi