Boliviyada avtobus yük maşını ilə toqquşub: 15 ölü

Boliviyada avtobus yük maşını ilə toqquşub: 15 ölü Təcrübəsiz sürücü
Digər ölkələr
26 Dekabr , 2015 02:03
Boliviyada avtobus yük maşını ilə toqquşub: 15 ölü

Bakı. 26 dekabr. REPORT.AZ/ Boliviyanın Kaçamamba şəhərində sərnişin avtobusu yük maşını ilə toqquşub.

"Report"un "Gazeta.Ru"-ya istinadən verdiyi xəbərə görə, qəza nəticəsində 14 sərnişin və avtobus sürücüsünün köməkçisi ölüb, azı 10 nəfər yaralanıb.

Polis hesab edir ki, hadisəyə səbəb yük maşınının sürücüsünün təcrübəsizliyi olub. O, həbs olunub.

Son xəbərlər

Orphus sistemi