​BMT: Yəməndə münaqişə zamanı mindən artıq uşaq öldürülüb və ya yaralanıb

​BMT: Yəməndə münaqişə zamanı mindən artıq uşaq öldürülüb və ya yaralanıb Ölkə əhalisinin 80%-nin köməyə ehtiyacı var
Digər ölkələr
20 Avqust , 2015 04:29
​BMT: Yəməndə münaqişə zamanı mindən artıq uşaq öldürülüb və ya yaralanıb

Bakı. 20 Avqust. REPORT.AZ/ Yəməndə silahlı münaqişə nəticəsində mindən artıq uşaq öldürülüb və ya yaralanıb.

"Report" xəbər verir ki, bu barədə BMT baş katibinin humanitar məsələlər üzrə müavini Stiven O’Brayen məlumat verib.

Onun sözlərinə görə, bu gün ölkə əhalisinin 80%-nin yardıma ehtiyacı var.

BMT Təhlükəsizlik Şurasında ötən həftə Yəmənə səfərinin yekunları barədə məruzə edən O’Brayen insanların son dərəcə əzab çəkdiyinin şahidi olduğunu bildirib.

“Mən gördüklərimdən sarsılmışam. Mülki əhali bu münaqişənin ağır yükünü daşıyır. Hər beş yəmənlidən dördünün humanitar yardıma ehtiyacı var və təqribən 1,5 milyon insan məcburi köçkünə çevrilib. Mindən artıq uşaq öldürülüb və ya yaralanıb, hərbi əməliyyatlarda iştiraka cəlb olunan gənc insanların sayı isə artmaqda davam edir”, – deyə baş katibin müavini bildirib.

Son xəbərlər

Orphus sistemi