BMT TŞ-də Fələstinlə bağlı qətnamə layihəsinin səsverməsi təxirə salınıb

BMT TŞ-də Fələstinlə bağlı qətnamə layihəsinin səsverməsi təxirə salınıb BMT Təhlükəsizlik Şurasının (BMT TŞ) nazirlər səviyyəsində keçirilən Yaxın Şərq sessiyasında səsverməyə çıxarılması planlaşdırılan Fələstinin BMT-yə tamhüquqlu üzvlüyünü tələb edən qətnamə layihəsinin müzakirəsi növbəti həftəyə qədər təxirə salınıb.
Digər ölkələr
19 Aprel , 2024 01:36
BMT TŞ-də Fələstinlə bağlı qətnamə layihəsinin səsverməsi təxirə salınıb

BMT Təhlükəsizlik Şurasının (BMT TŞ) nazirlər səviyyəsində keçirilən Yaxın Şərq sessiyasında səsverməyə çıxarılması planlaşdırılan Fələstinin BMT-yə tamhüquqlu üzvlüyünü tələb edən qətnamə layihəsinin müzakirəsi növbəti həftəyə qədər təxirə salınıb.

"Report"un ABŞ bürosu xəbər verir, bu barədə aprel ayında TŞ-yə rəhbərlik edən Maltanın BMT-dəki daimi nümayəndəsi Vanessa Frazier müraciətində deyib.

İclası dayandıran diplomat müzakirələrin gələn həftəTŞ-də davam etdiriləcəyini bildirib.

Amerika Birləşmiş Ştatları Fələstinin BMT-yə tamhüquqlu üzvlüyünü tələb edən qətnamə layihəsinə BMT Təhlükəsizlik Şurasında veto qoyub. Belə ki, ABŞ "veto" hüququndan istifadə edib.

Qeyd edək ki, Fələstinin BMT-yə tamhüquqlu üzvlüyünü tələb edən qanun layihəsi təsdiq olunması üçün 5 üzvdən ibarət BMT TŞ-nın 5 daimi üzvü veto hüququndan istifadə etməməli və 9 üzv layihənin lehinə səs verilməlidir.

Şuradan müsbət qərar çıxacağı təqdirdə, məsələ BMT Baş Assambleyasında müzakirə olunacaq və səsverməyə çıxarılacaq. 193 üzvdən ibarət BMT Baş Assambleyası Fələstinin tamhüquqlu üzvlüyünü təsdiqləmək üçün səslərin üçdə ikisi lehinə olmalıdır.

Xatırladaq ki, Fələstin 2011-ci ildə BMT-yə tam üzv olmaq üçün müraciət edib, lakin müraciət BMT TŞ-da lazımi dəstəyi almayıb və Fələstin 2012-ci ildə təşkilatda müşahidəçi ölkə statusu alıb.

Fələstinin BMT-dəki daimi nümayəndəsi Riyad Mənsur aprelin 2-də verdiyi bəyanatda təşkilatın baş katibi Antoniu Quterreşə məktub göndərərək, üzvlük müraciətlərinə yenidən baxılmasını istəyib. A.Quterreş isə aprelin 3-də BMT TŞ-na məktub yazaraq Fələstinin tələbinin gündəmə gətirilməsini istəyib. BMT TŞ aprelin 8-də Fələstinin tələbini təşkilata "Yeni Üzvlərin Qəbulu Komitəsi"nə göndərib.

Son xəbərlər

Orphus sistemi