BMT nümayəndəsi fələstinlilər və israilliləri atəşkəs rejiminə riayət etməyə çağırıb

BMT nümayəndəsi fələstinlilər və israilliləri atəşkəs rejiminə riayət etməyə çağırıb Ceyms Roli bütün tərəfləri gərginliyin artırılmasından çəkinməyə çağırıb
Digər ölkələr
25 Dekabr , 2014 09:58
BMT nümayəndəsi fələstinlilər və israilliləri atəşkəs rejiminə riayət etməyə çağırıb

Bakı. 25 dekabr. REPORT.AZ/ Yaxın Şərq prosesi üzrə xüsusi koordinatorun müavini Ceyms Roli Qəzzanın cənubunda fələstinlilər və İsrail silahlı qüvvələri arasında baş verən atışma ilə bağlı xəbərlərdən narahatlığını bildirib. Bu barədə "Report" BMT-nin informasiya mərkəzinə istinadən xəbər verir.

Silahlı toqquşmalar nəticəsində hər iki tərəf itki verib. Onun sözlərinə görə, bu noyabr ayının sonlarından bu yana ilk insident deyil. 

Ceyms Roli bütün tərəfləri avqustun 26-da müəyyən olunmuş atəşkəs rejiminə riayət etməyə və  gərginliyin artırılmasından çəkinməyə çağırıb.

Son xəbərlər

Orphus sistemi