BMT-nin baş katibi: "Hər ay Aralıq dənizində 450 miqrant həlak olur"

BMT-nin baş katibi: "Hər ay Aralıq dənizində 450 miqrant həlak olur" Bütün dünyada hər gün minlərlə ailə evlərini tərk edir
Digər ölkələr
18 İyun , 2016 22:54
BMT-nin baş katibi: Hər ay Aralıq dənizində 450 miqrant həlak olur

Bakı. 18 iyun. REPORT.AZ/ Hər ay Aralıq dənizində Avropa sahillərinə çatmağa çalışan 450-dək miqrant və qaçqın həlak olur. "Report" xəbər verir ki, bu barədə Yunanıstanın Lesbos adasındakı qaçqın düşərgələrinə səfər etmiş BMT-nin baş katibi Pan Gi Mun bildirib.

Onun çıxışının stenoqramını beynəlxalq təşkilatın mətbuat xidməti yayıb.

"Bütün dünyada hər gün minlərlə ailə evlərini tərk edir. Hər ay Aralıq dənizində 450 nəfər həlak olur". – deyə BMT-nin inzibati rəhbəri jurnalistlərə açıqlamasında deyib.

Son xəbərlər

Orphus sistemi