BMT: May ayında humanitar yardım Suriyanın mühasirəyə alınan 18 rayonundan yalnız ikisinə çatdırılıb

BMT: May ayında humanitar yardım Suriyanın mühasirəyə alınan 18 rayonundan yalnız ikisinə çatdırılıb Egelann: Bu gün humanitar təşkilatlar insanların yardıma çox ehtiyacı olduğu Hələb şəhərilə əlaqə saxlaya bilmir
Digər ölkələr
13 May , 2016 09:44
BMT: May ayında humanitar yardım Suriyanın mühasirəyə alınan 18 rayonundan yalnız ikisinə çatdırılıb

Bakı. 13 may. REPORT.AZ/ May ayında humanitar yardım Suriyanın mühasirəyə alınan 18 rayonundan yalnız ikisinə çatdırılıb.

"Report" xəbər verir ki, bu barədə BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Staffan Misturanın müşaviri Yan Egelann bildirib.

Yan Egelann qeyd edib ki, bu gün humanitar təşkilatlar insanların yardıma çox ehtiyacı olduğu Hələb şəhərilə  əlaqə saxlaya bilmir.

Onun sözlərinə görə, bu gün Darayyaya BMT-nin ilk qiymətləndirmə humanitar missiyası yola düşüb. Yaxın günlərdə analoji missiyalar Suriyanın digər şəhərlərinə, o cümlədən Duma və Hərəstə şəhərlərinə göndəriləcək.

Son xəbərlər

Orphus sistemi