Bakı. 20 oktyabr. REPORT.AZ/ Suriyada gedən döyüşlər səbəbindən Hələb şəhəri ətrafında yaşayan 35 min nəfər son bir neçə gün ərzində öz evini tərk edib.
"Report" xəbər verir ki, bu barədə BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsinin (HMƏİ) məlumatında bildirilir.
"Reuters" HMƏİ nümayəndəsinə istinadən xəbər verir ki, Hələbin cənub-qərbində yerləşən Hader və Zerbeh sakinləri evlərini tərk etmək məcburiyyətində qalıblar.