Bakı. 23 iyun. REPORT.AZ/ Narkotik maddələrdən istifadə ilə əlaqədar pozuntu və xəstəliklərdən əziyyət çəkən insanların sayı 29 milyon nəfəri ötüb.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə BMT-nin Narkotiklər və Cinayətkarlıq İdarəsinin bu gün nəşr edilən illik dünya hesabatında məlumat verilib.
Sənəddə qeyd olunub ki, dünyanın yetkin əhalisinin 5%-i - təqribən 250 milyon insan 2014-cü ildə azı bir dəfə qadağan edilmiş maddələrdən istifadə edib.
"Üstəlik, 12 milyon adam narkotiki venadaxili qəbul edir, onların 14%-i HİV-ə yoluxub", - ekspertlər bildirib.
Beynəlxalq ekspertlərin fikrincə, ən çox yayılmış yasaqlanmış maddə yenə də kannabisdir. 2014-cü ildə 250 milyon adamdan 183 milyonu azı bir dəfə ondan istifadə edib.