BMT Darfurda sülhməramlı missiyanın mandatını uzadıb

BMT Darfurda sülhməramlı missiyanın mandatını uzadıb Sülhməramlılar Darfurda 2007-ci ilin iyulundan fəaliyyət göstərir
Digər ölkələr
30 İyun , 2015 00:54
BMT Darfurda sülhməramlı missiyanın mandatını uzadıb

Bakı. 30 İyun. REPORT.AZ/ Sudan hökümətinin kəskin etirazına baxmayaraq, BMT-nin Təhlükəsizlik Şurası bu ölkənin Darfur rayonunda fəaliyyət göstərən sülhməramlı missiyasının mandatını daha bir il uzadıb.

"Report"un Gazeta.ru saytına istinadən verdiyi məlumata görə, BMT rəsmiləri bəyan ediblər ki, Hartum hökümətinin məsələyə mənfi münasibəti Darfur probleminin həllini uzadır.

Qeyd edək ki, BMT və Afrika İttifaqının (UNAMID) Darfurdakı birləşmiş sülhməramlı missiyası Darfur əyalətində 2007-ci ilin iyulundan fəaliyyət göstərir. Bu, BMT-nin ən iri sülhməramlı missiyasıdır: onun tərkibində 23 min əməkdaş var, illik büdcəsi 1,8 milyard dollardan artıqdır.

Son xəbərlər

Orphus sistemi