Bakı. 29 aprel. REPORT.AZ/
Tərəflər arasında Cənubi Sudandakı vəziyyətlə bağlı fikir mübadiləsi aparılıb.
Roma papası və BMT rəhbəri idmanın ümumi inkişaf və təhsildəki rolu, həmçinin bu günlərdə Nyu-Yorkda baş tutan nüvə silahının yayılmamasına dair müqavilənin (NSYM) yerinə yetirilməsi üzrə Konfransın işini müzakirə edib və nüvə silahından azad dünyanın yaradılmasına nail olmaq üçün çalışacaqlarını vəd ediblər.
Pan Gi Mun vurğulayıb ki, Roma papasının BMT-nin Nyu-Yorkdakı qərargahına səfərini səbirsizliklə gözləyir. Səfər bu ilin sentyabr ayında nəzərdə tutulub.