BMT baş katibi Roma papası I Fransisk ilə görüşüb

BMT baş katibi Roma papası I Fransisk ilə görüşüb Tərəflər bir sıra qlobal problemlərin həlli ilə bağlı məsələləri müzakirə ediblər
Digər ölkələr
29 Aprel , 2015 11:38
BMT baş katibi Roma papası I Fransisk ilə görüşüb

Bakı. 29 aprel. REPORT.AZ/ BMT baş katibi Pan Gi Mun Vatikanda Roma papası I Fransisk ilə görüşüb və "Yeri qorumaq və bəşəriyyəti nəcibləşdirmək" adlı seminarda iştirak edib. "Report" BMT informasiya mərkəzinə istinadən xəbər verir ki, BMT rəhbəri Katolik kilsənin qlobal problemlərin həllində, o cümlədən iqlim dəyişilməsi ilə mübarizədə  BMT ilə sıx əməkdaşlığını davam etdirəcəyinə ümidvar olduğunu bildirib.

Tərəflər arasında Cənubi Sudandakı vəziyyətlə bağlı fikir mübadiləsi aparılıb. 

Roma papası və BMT rəhbəri idmanın ümumi inkişaf və təhsildəki rolu, həmçinin bu günlərdə Nyu-Yorkda baş tutan nüvə silahının yayılmamasına dair müqavilənin (NSYM) yerinə yetirilməsi üzrə Konfransın işini müzakirə edib və nüvə silahından azad dünyanın yaradılmasına nail olmaq  üçün çalışacaqlarını vəd ediblər. 

Pan Gi Mun vurğulayıb ki, Roma papasının BMT-nin Nyu-Yorkdakı qərargahına səfərini səbirsizliklə gözləyir. Səfər bu ilin sentyabr ayında nəzərdə tutulub. 

Son xəbərlər

Orphus sistemi