Bakı. 5 may. REPORT.AZ/
"BMT-nin baş katibi mayın 9-da Qələbə Günü ilə bağlı bayram tədbirlərində iştirak etmək üçün Moskvaya gedir", - BMT mətbuat katibi qeyd edib. O əlavə edib ki, Pan Gi Munu UNESCO-nun baş direktoru İrina Bokova müşayiət edəcək.
Moskvaya səfəri zamanı BMT rəhbəri əvvəl Qdanska gedəcək və orada II Dünya müharibəsinin bitməsinin 70-ci ildönümü ilə bağlı bayram tədbirlərində iştirak edəcək. O, Polşa prezidenti Bronislav Komarovski ilə də görüşəcək.
"BMT baş katibi, həmçinin Kiyevə səfər edəcək. Burada Ukrayna prezidenti Pyotr Poroşenko və digər yüksək vəzifəli şəxslərlə görüşəcək", - mətbuat katibi əlavə edib.
Rusiyada BMT baş katibi prezident Vladimir Putin, eləcə də bayram tədbirlərində iştirak edəcək bir sıra nümayəndə heyətlərinin rəhbərləri ilə görüşlər keçirəcək.
Mayın 10-da Pan Gi Mun Nyu-Yorka dönəcək.