BMT Baş Assambleyası 71-ci sessiyasının sədri seçilib

BMT Baş Assambleyası 71-ci sessiyasının sədri seçilib Piter Tomsonu 94 dövlət dəstəkləyib
Digər ölkələr
14 İyun , 2016 09:56
BMT Baş Assambleyası 71-ci sessiyasının sədri seçilib

Bakı. 14 iyun. REPORT.AZ/ BMT Baş Assambleyası  71-ci sessiyanın sədrini seçib. 

"Report" xəbər verir ki, bu Fijinin BMT yanında keçmiş daimi nümayəndəsi Piter Tomson olub. Onun namizədliyi Asiya və Sakit Okean dövlət Qrupu tərəfindən irəli sürülüb. 

71-ci sessiyanın sədri vəzifəsinə namizəd həmçinin Kipr nümayəndəsi səfir Andreas Mavroyanis olub, lakin o, tələb olunan dəstəyi almayıb. 

Piter Tomsonu 94 dövlət dəstəkləyib, Kipr nümayəndəsini - 90.

Son xəbərlər

Orphus sistemi