Bakı. 14 iyun. REPORT.AZ/ BMT Baş Assambleyası 71-ci sessiyanın sədrini seçib.
"Report" xəbər verir ki, bu Fijinin BMT yanında keçmiş daimi nümayəndəsi Piter Tomson olub. Onun namizədliyi Asiya və Sakit Okean dövlət Qrupu tərəfindən irəli sürülüb.
71-ci sessiyanın sədri vəzifəsinə namizəd həmçinin Kipr nümayəndəsi səfir Andreas Mavroyanis olub, lakin o, tələb olunan dəstəyi almayıb.
Piter Tomsonu 94 dövlət dəstəkləyib, Kipr nümayəndəsini - 90.