BMT bağında müharibənin bitməsinin 70-illiyi münasibətilə "Sülh və birlik ağacı" əkilib

BMT bağında müharibənin bitməsinin 70-illiyi münasibətilə "Sülh və birlik ağacı" əkilib BMT baş katibi hamını sülh naminə həlak olanları xatırlamağa və təşkilatın ideallarını həyata keçirmək üçün əllərindən gələni etməyə çağırıb
Digər ölkələr
6 May , 2015 10:18
BMT bağında müharibənin bitməsinin 70-illiyi münasibətilə Sülh və birlik ağacı əkilib

Bakı. 6 may. REPORT.AZ/ II Dünya müharibəsinin bitməsinin 70-ci ildönümü münasibətilə Nyu-Yorkda BMT qərargahının ərazisində "Sülh və birlik ağacı" əkilib. "Report" xəbər verir ki, təntənəli mərasimdə baş katib Pan Gi Mun, Baş Assambleyanın sədri Sem Kutesa, BMT-dəki bir sıra nümayəndəliklərin əməkdaşları iştirak edib. 

Mərasim iştirakçılarına müraciət edən Pan Gi Mun vurğulayıb ki, BMT-nin təsisçiləri ümid edirdilər ki, yeni təşkilat bəşəriyyəti müharibə dəhşətindən qoruyacaq və daha işıqlı gələcəyə doğru aparacaq. 

BMT rəhbəri əlavə edib ki, II Dünya müharibəsinin bitməsindən 70 il sonra da bütün insanların sülh və əmin-amanlıq şəraitində yaşamalarını təmin etmək üçün böyük yolun qət edilməsi zəruriyyəti barəsində danışmaq  lazım gəlir. 

BMT baş katibi  hamını sülh naminə həlak olanları xatırlamağa və təşkilatın ideallarını həyata keçirmək üçün əllərindən gələni etməyə çağırıb.

BMT kompleksinin mərkəzi binası qarşısında əkilən Qələbə və sülh simvolu salxım ağ albalı ağacı olub. 

Son xəbərlər

Orphus sistemi