Bakı. 19 aprel. REPORT.AZ/
"Report"un BBC-yə istinadən xəbər verir ki, həmin tullantıların yalnız 15 faizə qədəri utilizasiya olunub, yəni təkrar istifadə üçün emal olunub.
Elektron tullantıların tərkibində olan faydalı materialların ümumi dəyəri 50 milyard dollar təşkil edir.
Elektron tullantıların tərkibində qiymətli və nadir metallar var, lakin həmin metalları tullantıdan ayırmaq üçün mürəkkəb avadanlıq tələb olunur.
BMT proqnozuna görə, yaxın üç il ərzində elektronika və eletrotexnika məhsulu tullantılarının dünyada həcmi 20 faiz artacaq.