Yuxarı
    Bağlamaq

    BMT: 50 milyard dollar dəyərində köhnə elektron cihazlar zibilliklərə atılıb

    Elektron tullantıların tərkibində olan faydalı materialların ümumi dəyəri 50 milyard dollar təşkil edir

    Bakı. 19 aprel. REPORT.AZ/ BMT hesabatına əsasən 2014-cü ildə bütün dünya üzrə 40 milyon tondan artıq işlənmiş elektronika və eletrotexnika məhsulu zibilliklərə atılıb.

    "Report"un BBC-yə istinadən xəbər verir ki, həmin tullantıların yalnız 15 faizə qədəri utilizasiya olunub, yəni təkrar istifadə üçün emal olunub.

    Elektron tullantıların tərkibində olan faydalı materialların ümumi dəyəri 50 milyard dollar təşkil edir.

    Elektron tullantıların tərkibində qiymətli və nadir metallar var, lakin həmin metalları tullantıdan ayırmaq üçün mürəkkəb avadanlıq tələb olunur.

    BMT proqnozuna görə, yaxın üç il ərzində elektronika və eletrotexnika məhsulu tullantılarının dünyada həcmi 20 faiz artacaq.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi