Bineli Yıldırım: "Türkiyə sərhədini qanunsuz keçmək istəyən 5 İŞİD terrorçusu zərərsizləşdirilib"

Bineli Yıldırım: "Türkiyə sərhədini qanunsuz keçmək istəyən 5 İŞİD terrorçusu zərərsizləşdirilib" "Hazırda vəziyyət nəzarət altındadır", - deyə baş nazir bildirib
Digər ölkələr
20 Avqust , 2017 15:35
Bineli Yıldırım: Türkiyə sərhədini qanunsuz keçmək istəyən 5 İŞİD terrorçusu zərərsizləşdirilib

Bakı. 20 avqust. REPORT.AZ/ Türkiyə sərhədini qanunsuz keçməyə cəhd göstərmiş 5 İŞİD terrorçusu zərərsizləşdirilib.

"Report"un məlumatına görə, bu barədə "Hürriyyet" ölkənin baş naziri Bineli Yıldırıma istinadən xəbər verib.

"Bu gün səhər İŞİD-in 5 üzvü sərhədi qanunsuz keçmək istəyərkən zərərsizləşdiriliblər. Hazırda vəziyyət nəzarət altındadır", - deyə baş nazir bildirib.

Nəşr qeyd edib ki, avqustun 19-da Hatay vilayətində polis İŞİD üzvü olmaqda şübhəli bilinən 5 nəfəri saxlayıb, güc strukturlarının bölməsinə hücum etmək istəyən bir nəfəri yaralayıb. 

Son xəbərlər

Orphus sistemi