​BƏƏ Suriyaya quru qoşunları göndərməyə hazırdır

​BƏƏ Suriyaya quru qoşunları göndərməyə hazırdır Bu məsələdə ABŞ-ın mövqeyi BƏƏ üçün zəruridir
Digər ölkələr
7 Fevral , 2016 15:16
​BƏƏ Suriyaya quru qoşunları göndərməyə hazırdır

Bakı. 7 fevral. REPORT.AZ/ BƏƏ hökuməti koalisiya tərkibində "İraq-Şam İslam Dövləti" (İŞİD) terror qruplaşmasına qarşı mübarizədə iştirak etmək üçün Suriyaya qoşun göndərməyə hazır olduğunu bəyan edib.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə ərəb ölkəsinin xarici işlər üzrə dövlət naziri Ənvər Qarqaş məlumat verib.

Nazir söhbətin min hərbçidən getdiyini və bu məsələdə ABŞ-ın mövqeyinin BƏƏ üçün zəruri olduğunu əlavə edib.

Suriyada İŞİD-ə qarşı quru əməliyyatlarının aparılması təşəbbüsü ilə ilk olaraq ABŞ çıxış edib. Ardınca Səudiyyə Ərəbistanı və Bəhreyn Birləşmiş Ştatlarla həmrəylik nümayiş etdirib.

Son xəbərlər

Orphus sistemi