BƏƏ-də terrorçuluqda şübhəli bilinən 40-dan çox insan tutulub

BƏƏ-də terrorçuluqda şübhəli bilinən 40-dan çox insan tutulub "Bu şəxslər gizli təşkilat yaradaraq ölkə ərazisində terror aktları törədməyə hazırlaşıblar"
Digər ölkələr
2 Avqust , 2015 13:49
BƏƏ-də terrorçuluqda şübhəli bilinən 40-dan çox insan tutulub

Bakı. 2 avqust. REPORT.AZ/ Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) terrorçuluqda şübhəli bilinən 41 şəxs həbs edilib.

"Report"un RİA "Novosti" agentliyinə istinadən verdiyi xəbərə görə, BƏƏ-nin Baş prokuroru Salem Seyid Kubeyş bildirib ki, sözü gedən şəxslər gizli təşkilat yaradaraq ölkə ərazisində terror aktları törədməyə hazırlaşıblar.

"Onların məqsədi qanuni höküməti devirərək islam xəlifəti yaradmaq olub" - deyə Kubeyş vurğulayıb.

Son xəbərlər

Orphus sistemi