Bayden Meksika ilə sərhəddəki divarın tikintisini dayandıra bilmədiyini açıqlayıb

Bayden Meksika ilə sərhəddəki divarın tikintisini dayandıra bilmədiyini açıqlayıb Ağ ev Konqresin müvafiq qərarından sonra Texasın cənub hissəsində ABŞ-Meksika sərhədində divarın tikintisi üçün federal vəsaitin ayrılmasını dayandıra bilməz.
Digər ölkələr
5 Oktyabr , 2023 23:01
Bayden Meksika ilə sərhəddəki divarın tikintisini dayandıra bilmədiyini açıqlayıb

Ağ ev Konqresin müvafiq qərarından sonra Texasın cənub hissəsində ABŞ-Meksika sərhədində divarın tikintisi üçün federal vəsaitin ayrılmasını dayandıra bilməz.

“Report” xəbər verir ki, bu barədə ABŞ Prezidenti Cozef Bayden jurnalistlərin suallarını cavablandırarkən etiraf edib.

“Mən bunu dayandıra bilmərəm”, - Amerika lideri vurğulayıb.

Bayden deyib ki, o, Konqresi vəsaitlərin yenidən bölüşdürülməsinə razı salmağa çalışıb, lakin ölkə qanunlarına əsasən, artıq ayrılmış pulları yenidən istiqamətləndirə bilməz.

ABŞ-Meksika sərhədində tikilən divarın səmərəli olub-olmaması ilə bağlı suala dövlət başçısı mənfi cavab verib.

Son xəbərlər

Orphus sistemi