​Barak Obama: İŞİD-in kökünü kəsmək vaxt aparacaq

​Barak Obama: İŞİD-in kökünü kəsmək vaxt aparacaq "ABŞ xaricə əlavə hərbçi göndərməyəcək"
Digər ölkələr
7 İyul , 2015 02:23
​Barak Obama: İŞİD-in kökünü kəsmək vaxt aparacaq

Bakı. 7 İyul. REPORT.AZ/ Birləşmiş Ştatlar "İraq-Şam İslam Dövləti" (İŞİD) terror qruplaşması ilə mübarizə üçün xaricə əlavə hərbçi göndərməyəcək.

"Report" xəbər verir ki, bu barədə bazar ertəsi ABŞ prezidenti Barak Obama bəyan edib.

Obama ötən gün İŞİD ilə mübarizə məsələlərinin nəzərdən keçirilməsi üçün müşavirə keçirib. Onun sözlərinə görə, İŞİD ilə mübarizə çox çəkəcək.

"İŞİD-in kökünün kəsilməsi vaxt aparacaq", — deyə Obama bildirib.

Son xəbərlər

Orphus sistemi