Banqkokdakı partlayışının təşkilatçısının həbsi üçün mükafat 3 dəfə artırılıb

Banqkokdakı partlayışının təşkilatçısının həbsi üçün mükafat 3 dəfə artırılıb Hökumət istintaqda irəliləyişin olduğunu bildirir, lakin təfərrüatları açıqlamır
Digər ölkələr
22 Avqust , 2015 01:52
Banqkokdakı partlayışının təşkilatçısının həbsi üçün mükafat 3 dəfə artırılıb

Bakı. 21 avqust. REPORT.AZ/ Tailand hökuməti Banqkokdakı partlayışın təşkilatçısının həbs edilməsi üçün verilən məlumata görə mükafatı 3 dəfə artırıb. Partlayış nəticəsində 20 nəfər ölüb və 125 nəfər yaralanıb. "Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb. 

Bir müddət əvvəl mükafatın məbləği 1 mln. bat olub (təxminən 28 min dollar). Bu gün həmin məbləğ 3 mln. bata (85 min dollar) qədər qaldırılıb. 

Hökumət istintaqda irəliləyişin olduğunu bildirir, lakin təfərrüatları açıqlamır.

Xatırladaq ki, Banqkokda partlayış avqustun 17-si axşam saatlarında baş verib. 

Son xəbərlər

Orphus sistemi