Bağdadda "Charlie Hebdo" jurnalına qarşı aksiya keçirilib

Bağdadda "Charlie Hebdo" jurnalına qarşı aksiya keçirilib Aksiya bir sıra qeyri-hökumət təşkilatının nümayəndələri və bir qrup jurnalist tərəfindən təşkil olunub
Digər ölkələr
24 Yanvar , 2015 16:19
Bağdadda Charlie Hebdo jurnalına qarşı aksiya keçirilib

Bakı. 24 yanvar. REPORT.AZ/ İraqın paytaxtı Bağdad şəhərində Parisdə "Charlie Hebdo" həftəlik satirik jurnalının islam peyğəmbərinin karikaturalarını dərc etməsinə qarşı etiraz aksiyası keçirilib. Bu barədə "Report" "Anadolu" agentliyinə istinadən xəbər verir.

Aksiya bir sıra qeyri-hökumət təşkilatının nümayəndələri və bir qrup jurnalist tərəfindən təşkil olunub. Paytaxtın "Təhrir" meydanında keçirilən mitinqə yoldan keçən nəqliyyat vasitələrindəki sürücülər də siqnal səsi ilə qoşulublar. Aksiya iştirakçıları fransız jurnalının nəşrinə əllərində ərəb dilində üzəri "Həzrəti Məhəmməd rəhbərimizdir!" yazılı şüarlar olan bayraqlardan istifadə ediblər. Aksiya heç bir qarşıdurma olmadan sona çatıb.

Xatırladaq ki, yanvarın 7-də Parisdə "Charlie Hebdo" həftəlik satirik jurnalının redaksiyasına hücum nəticəsində 12 nəfər həlak olmuş, 11 nəfər yaralanmışdı. Hadisə ilə bağlı ölkədə ölənlərin xatirəsinə üçgünlük matəm elan edilmişdi. Hadisədən bir neçə gün sonra keçirilən əməliyyat zamanı isə terror aktını törətməkdə şübhəli bilinən Şərif və Səid Kuaşi qardaşları Fransa hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən öldürülmüşdü.

Son xəbərlər

Orphus sistemi