​Bağdad məhkəməsi 1700 hərbçinin qətlində müqəssir bilinən şəxslərə qarşı ölüm hökmünü təsdiq edib

​Bağdad məhkəməsi 1700 hərbçinin qətlində müqəssir bilinən şəxslərə qarşı ölüm hökmünü təsdiq edib Qərar 40 nəfərə şamil edilib
Digər ölkələr
31 İyul , 2016 18:12
​Bağdad məhkəməsi 1700 hərbçinin qətlində müqəssir bilinən şəxslərə qarşı ölüm hökmünü təsdiq edib

Bakı. 31 iyul. REPORT.AZ/ İraqın Kassasiya Məhkəməsi Tikrit şəhərində 1700-dən çox İraq hərbçisinin qətlində müqəssir bilinən 40 nəfərə qarşı aşağı instansiya məhkəməsi tərəfindən çıxarılmış qərarı təsdiq edib.

"Report" xəbər verir ki, bu barədə bazar günü "Elaf" internet portalı məlumat yayıb.

İraq prokurorluğu nümayəndəsinin sözlərinə görə, məhkəmə işi diqqətlə araşdırdıqdan sonra məşhur "Spayker hərbi bazası işi" üzrə ən ali cəzaya məhkum edilənlərin appelyasiya şikayətini təmin etməyib.

Onlar haqqında ölüm hökmü Bağdad məhkəməsi tərəfindən cari ilin fevral ayının 18-də çıxarılıb.

Ötən ilin mart ayının sonlarında İraqın Tikrit şəhərinin İŞİD terrorçularından azad edilməsindən sonra, İraq hərbçiləri və dinc sakinlərinin dəfn olunduğu bir neçə kütləvi məzarlıq aşkar olunub. Əldə edilən sübutlardan məlum olub ki, orada basdırılanların əksəriyyəti "Spayker" hərbi bazasında terrorçuların qırğınına məruz qalanlardır. Tikrit azad olunmamışdan bir neçə ay əvvəl, əksəriyyəti yay kurslarının dinləyiciləri olan 1700 hərbçi terrorçulara əsir düşüb.

Onların hamısı qətlə yetirilib və ya ölümündən öncə işgəncəyə məruz qalıb.

Son xəbərlər

Orphus sistemi