Azərbaycanın Gürcüstandakı səfirliyi bir sıra azərbaycanlı fəalları təltif edib

Azərbaycanın Gürcüstandakı səfirliyi bir sıra azərbaycanlı fəalları təltif edib Fəallara təşəkükrnamə təqdim olunub
Digər ölkələr
12 Mart , 2016 03:00
Azərbaycanın Gürcüstandakı səfirliyi bir sıra azərbaycanlı fəalları təltif edib

Bakı. 12 mart. REPORT.AZ/ Azərbaycan - Gürcüstan münasibətlərinin möhkəmləndirilməsində göstərdikləri fəallığa görə Gürcüstanda yaşayan bir qrup azərbaycanlı ictimai fəallara Azərbaycanın Gürcüstandakı səfirliyi tərəfindən təşəkkürnamə təqdim olunub.

Bu barədə “Report”a Azərbaycanın Gürcüstandakı səfirliyindən məlumat veriblər.

Təltif olunan arasında “Ceyran” Rəqs Ansamblının rəhbəri Ceyran Qurbanova, Gürcüstanın Azərbaycanlı Hüquqşünaslar Əli Bədirov, Gürcüstanın Aktiv Azərbaycanlı Gültəkin Mustafayeva, F.Axundzadə adına Muzeyin direktoru Leyla Əliyeva, İ.Cavaxişvili adına Universitetinin nəzdindəki Azərbaycan Dostları Klubunun əlaqələndiricisi Leyla Əmrahova, “Borçalı İrəli” İctimai Birliyinin sədri Möhübbət İmanov və Azərbaycanlıların Mədəniyyət Mərkəzinin Gənclər Şöbəsinin rəhbəri Nərgiz Əliyeva olublar.

Son xəbərlər

Orphus sistemi