​Avstraliyanın İraqdakı səfirliyinin mühafizəçisi güllələnib

​Avstraliyanın İraqdakı səfirliyinin mühafizəçisi güllələnib 34 yaşlı mühafizəçi "Unity Resources Group" kompaniyasının əməkdaşı imiş
Digər ölkələr
13 May , 2016 06:56
​Avstraliyanın İraqdakı səfirliyinin mühafizəçisi güllələnib

Bakı. 13 may. REPORT.AZ/ Avstraliyanın xarici işlər naziri Culi Bişop bu ölkənin İraqdakı səfirliyinin mühafizəçisinin Bağdadda öldürüldüyünü xəbər verib. "Report" "TASS" agentliyinə istinadən xəbər verir ki, Avstraliya rəsmisi bu gün 34 yaşlı mühafizəçinin öldürüldüyünü, onun "Unity Resources Group" kompaniyasının əməkdaşı olduğunu bildirib.

Nazirliyin yaydığı açıqlamada mühafizəçinin İraqın paytaxtında səfirliyin əməkdaşlarının mühafizəsi ilə məşğul olduğu qeyd edilib.

Xatırladaq ki, Avstraliya bir müddət əvvəl İraqdakı səfirliyinin mühafizəsi üçün bu ölkəyə silahlı dəstə göndərmişdi.  

Ölkənin bir sıra media orqanları səfirliyin mühafizəçisinin silahlı toqquşmalardan birində güllələndiyini qeyd edib. Lakin bəzi mətbu orqanlar isə onun snayperdən aşılan atəşlə öldürüldüyünü xəbər verirlər.  

Son xəbərlər

Orphus sistemi