Avropol: Aİ-də ötən il törədilən terror aktlarının sayı baxımından rekord vurulub

Avropol: Aİ-də ötən il törədilən terror aktlarının sayı baxımından rekord vurulub Ən çox hücum Böyük Britaniya, Fransa və İspaniya qeydə alınıb
Digər ölkələr
20 İyul , 2016 16:38
Avropol: Aİ-də ötən il törədilən terror aktlarının sayı baxımından rekord vurulub

Bakı. 20 iyul. REPORT.AZ/ Avropa İttifaqında (Aİ) ötən il rekord sayda terror hücumu planlaşdırılıb, həyata keçirilib və onun qarşısı alınıb.

"Report" xəbər verir ki, bu barədə Aİ-nin polis xidmətinin (Avropol) hesabatında deyilir.

Qurumun məlumatına görə, ittifaq ölkələrində ümumilikdə 211 hücum qeydə alınıb. Bu, illik hesabatın verildiyi 2006-cı ildən bəri ən yüksək göstəiricidir.

Ötən il Avropa İttifaqının 6 ölkəsində - Danimarka, Fransa, Yunanıstan, İtaliya, İspaniya və Böyük Britaniyada hücumlar hazırlanıb, həyata keçirilib və ya onların qarşısı alınıb.

Ən çox hücum - 103 dəfə Böyük Britaniyada qeydə alınıb. Fransada 72, İspaniyada isə 25 terror hücumu baş verib.

Hesabatda bildirilir ki, hücumlar nəticəsində ötən il 151 nəfər həlak olub, 360-dan çox insan yaralanıb.

Son xəbərlər

Orphus sistemi