​Avropa qrupu Yunanıstandan yeni təkliflər alıb

​Avropa qrupu Yunanıstandan yeni təkliflər alıb Sazişin əldə olunması üçün son vaxt kimi həftə sonu müəyyən edilib
Digər ölkələr
10 İyul , 2015 07:34
​Avropa qrupu Yunanıstandan yeni təkliflər alıb

Bakı. 10 İyul. REPORT.AZ/ Avropa qrupunun rəhbəri Yerun Deysselblum Avropa sabitlik mexanizminin (ASM) kreditləri müqabilində islahatlar proqramı üzrə Yunanıstanın yeni təkliflərini alıb.

"Report" xəbər verir ki, bu barədə Avropa qrupu rəhbərinin mətbuat katibi Mixel Reyens məlumat verib.

"Avropa qrupunun prezidenti Yunanıstandan yeni təkliflər alıb", - deyə o öz "twitter" mikrobloqunda yazıb.

Yunanıstan beynəlxalq kreditorlar ilə mürəkkəb və uzunsürən danışıqlar aparır. Avrozona ölkələri Yunanıstandan cümə günü səhərədək xarici maliyyələşmə müqabilində yeni islahatlar planı təqdim etməyi tələb ediblər. Sazişin əldə olunması üçün son vaxt kimi həftə sonu müəyyən edilib.

Son xəbərlər

Orphus sistemi