Avropa Parlamentində Rusiyaya qarşı yeni sanksiyalar müzakirə olunub

Avropa Parlamentində Rusiyaya qarşı yeni sanksiyalar müzakirə olunub "Regionda təhlükəsizliyi təmin etmək məqsədi ilə Aİ mütləq şəkildə ABŞ və NATO ilə sıx əməkdaşlıq etməlidir"
Digər ölkələr
6 May , 2015 02:32
Avropa Parlamentində Rusiyaya qarşı yeni sanksiyalar müzakirə olunub

Bakı. 6 May. REPORT.AZ/ "Avropa Parlamenti Krım yarımadasının Rusiya tərəfindən anneksiyasını tanımır. Bununla yanaşı, əgər rəsmi Moskva Ukrayna şərqində atəşkəsə dair razılaşmalara əməl etməsə Rusiyaya qarşı tətbiq olunan sanksiyalar daha da sərtləşəcək". "Report"un "Lenta.Ru" saytına istinadən verdiyi xəbərə görə, bu müddəalar Avropa Parlamentində hazırlanan və ötən gün qurumun Xarici Əlaqələr Komitəsində dəstəklənən qətnamə layihəsində yer alıb.

Sənəddə qeyd olunur ki, Rusya son vaxtlar Avropa İttifaqının (Aİ) şərqində yerləşən dövlətlərə qarşı təzyiqi gücləndirib. Söhbət Rumıniya, Polşa və Baltikyani ölkələrdən gedir.

Vurğulanır ki, regionda təhlükəsizliyi təmin etmək məqsədi ilə Aİ mütləq şəkildə ABŞ və NATO ilə sıx əməkdaşlıq etməlidir.

Son xəbərlər

Orphus sistemi