Avropa Komissiyası: 7 ölkə Şengen zonasının daxili sərhədlərində nəzarət həyata keçirir

Avropa Komissiyası: 7 ölkə Şengen zonasının daxili sərhədlərində nəzarət həyata keçirir 2015-ci il ərzində Avropa İttifaqına 1,2 milyondan çox miqrant gəlib
Digər ölkələr
18 Yanvar , 2016 17:06
Avropa Komissiyası: 7 ölkə Şengen zonasının daxili sərhədlərində nəzarət həyata keçirir

Bakı. 18 yanvar. REPORT.AZ/ "Qanunsuz yolla axın edən miqrantların qarşısını almaq məqsədilə Şengen zonasında daxili sərhədlərdə müvəqqəti sərhəd nəzarətini 7 ölkə - Norveç, İsveç, Danimarka, Avstriya, Almaniya, Fransa və Malta həyata keçirir".

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu sözləri Avropa Komissiyasının nümayəndəsi Nataşa Berto deyib.

"Hazırda üç ölkə - Norveç, İsveç və Danimarka Şengen Məcəlləsinin 25-ci maddəsinə əsasən - gözlənilməz hallarla əlaqədar olaraq, daha dörd ölkə - Avstriya, Almaniya, Fransa və Malta isə Məcəllənin 24-cü maddəsinə uyğun olaraq - proqnozlaşdırılan vəziyyətə görə nəzarət tədbirləri həyata keçirir", - deyə Berto Brüsseldə jurnalistlərə bildirib.

Xarici Sərhədlərə Nəzarət üzrə Avropa Agentliyi olan "Frontex"in məlumatına görə, 2015-ci il ərzində Avropa İttifaqına 1,2 milyondan çox miqrant gəlib.

Son xəbərlər

Orphus sistemi