​Avropa İttifaqı Moldovada münaqişə tərəflərini dialoqa çağırıb

​Avropa İttifaqı Moldovada münaqişə tərəflərini dialoqa çağırıb Aİ-nin ali nümayəndəsi Moqerini vəziyyəti diqqətdə saxlayır
Digər ölkələr
21 Yanvar , 2016 00:38
​Avropa İttifaqı Moldovada münaqişə tərəflərini dialoqa çağırıb

Bakı. 21 yanvar. REPORT.AZ/ Avropa İttifaqı (Aİ) Moldovada münaqişə tərəflərini dialoqa və səbirli olmağa çağırıb.

"Report" xəbər verir ki, bu barədə Aİ-nin xarici siyasət xidmətinin bəyanatında bildirilir.

Avropa İttifaqı hesab edir ki, bütün tərəflər sakit və təmkinli olmalıdır.

"Biz ölkədə bütün maraqlı tərəfləri dialoqda iştirak etməyə və Moldova Respublikası üçün birlikdə irəliyə yol axtarmağa çağırıb", - deyə bəyanatda qeyd olunub.

Sənəddə bildirilir ki, Aİ-nin xarici işlər və siyasi təhlükəsizlik üzrə ali nümayəndəsi Federika Moqerini qurumun Kişinyovdakı nümayəndə heyəti ilə sıx əlaqədədir və vəziyyəti izləyir.

Son xəbərlər

Orphus sistemi