​ATƏT-in monitorinq missiyası Debaltsevoya keçə bilmir

​ATƏT-in monitorinq missiyası Debaltsevoya keçə bilmir Maykl Botsürkiv: "Biz hələ də tərəflərin atəşkəsi təsdiqləməsini gözləyirik"
Digər ölkələr
17 Fevral , 2015 19:43
​ATƏT-in monitorinq missiyası Debaltsevoya keçə bilmir

Bakı.17 fevral. REPORT.AZ/ ATƏT-in monitorinq missiyası hələ də Ukraynanın şərqində yerləşən Debaltsevo şəhərinə keçə bilmir.

"Report" "TASS"a istinadən xəbər verir ki, Ukraynanın Soledare rayonundakı atəşkəsə nəzarət və əlaqələndirmə mərkəzində məsələ ilə bağlı danışıqlar davam edir.

ATƏT-in Xüsusi Monitorinq Missiyasının sədri Maykl Botsürkiv deyib: "Biz Kiyev vaxtı ilə təxminən axşam saat altıda hesabat hazırlamalıyıq. Biz hələ də tərəflərin atəşkəsi təsdiqləməsini gözləyirik. ATƏT-in 20 patrulu isə Donbasdakı münaqişə bölgəsindədir".

O, Soladaredəki müşavirənin başa çatacağı vaxt haqda məlumat verməyib.

Xatırladaq ki, Ukrayna Silahlı Qüvvələri Debaltsevoda antiterror əməliyyatı keçirir. Yayılan xəbərlərə görə, orada separatçılarla hərbçilər arasında döyüş gedir. 

Son xəbərlər

Orphus sistemi