Angela Merkel: "Müsəlmanlar Almaniyanın bərabərhüquqlu vətəndaşlarıdır"

Angela Merkel: "Müsəlmanlar Almaniyanın bərabərhüquqlu vətəndaşlarıdır" "Almaniyada diskriminasiya və təcridə yer olmamalıdır"
Digər ölkələr
15 Yanvar , 2015 15:14
Angela Merkel: Müsəlmanlar Almaniyanın bərabərhüquqlu vətəndaşlarıdır

Bakı. 15 yanvar. REPORT.AZ/ "Almaniyada müsəlmanların istənilən şəkildə təcridi, yaxud əsassız ittiham olunması yolverilməzdir".

"Report" "TASS"a istinadən xəbər verir ki, bunu Almaniyanın kansleri Angela Merkel Bundestaqda ölkəsində yaşayan 4 milyona yaxın müsəlmanlarla bağlı çıxış edərkən deyib.

"Müsəlmanların istənilən şəkildə təcridi, onlardan əsassız halda şübhələnmək qadağandır. Konstitusiyamız çərçivəsində islam dininə sərbəst olaraq qulluq edilməsinə biz təminat veririk. Almaniyada diskriminasiya və təcridə yer olmamalıdır", - A.Merkel vurğulayıb.

Onun sözlərinə görə, başqa dinə inananlar, o cümlədən yəhudilər kimi, müsəlmanlar da Almaniyanın bərabərhüquqlu vətəndaşlarıdır. 

Kansler qeyd edib ki, mətbuat azadlığı cəmiyyətin ən böyük sərvətidir.

Son xəbərlər

Orphus sistemi