Amsterdamda keçirilən nümayişdə 100-dən çox ətraf fəal saxlanılıb

Amsterdamda keçirilən nümayişdə 100-dən çox ətraf fəal saxlanılıb Amsterdam polisi şəhərin hərəkətli yollarından birini bağlayan Extinction Rebellion təşkilatının 100-dən çox ətraf mühit fəalını saxlayıb.
Digər ölkələr
28 Aprel , 2024 06:12
Amsterdamda keçirilən nümayişdə 100-dən çox ətraf fəal saxlanılıb

Amsterdam polisi şəhərin hərəkətli yollarından birini bağlayan Extinction Rebellion təşkilatının 100-dən çox ətraf mühit fəalını saxlayıb.

“Report”un məlumatına görə, bu barədə NOS telekanalı məlumat yayıb.

Belə ki, iki yerdə səkkiz avtomobil dairəvi yolu kəsib. Fəallar “ING Bank”ın keçmiş baş ofisinin qarşısından yola çıxıb və maliyyə qurumundan mədən şirkətlərini maliyyələşdirməyi dərhal dayandırmağı tələb ediblər.

Polis vəziyyətə müdaxilə edərək dinc aksiya keçirən 100-ə yaxın adamı saxlayıb. İki saatdan sonra nəqliyyatın hərəkəti bərpa edilib.

Saxlanılan 30-a yaxın şəxs yol-nəqliyyat hadisələrinə səbəb ola biləcək hərəkətlərdə şübhəli bilinir. Digərləri ictimai toplantılar haqqında qanunu pozduqları üçün saxlanılıb.

Son xəbərlər

Orphus sistemi