​Almaniyanın xüsusi xidmət orqanları Ukraynada 50 minədək insanın öldüyünü bəyan edib

​Almaniyanın xüsusi xidmət orqanları Ukraynada 50 minədək insanın öldüyünü bəyan edib Qeyd olunur ki, bu informasiya öz rəsmi təsdiqini tapmayıb
Digər ölkələr
8 Fevral , 2015 13:06
​Almaniyanın xüsusi xidmət orqanları Ukraynada 50 minədək insanın öldüyünü bəyan edib

Bakı. 8 fevral. REPORT.AZ/ Almaniyanın xüsusi xidmət orqanları Ukraynanın şərqində gedən hərbi münaqişə zamanı 50 minədək insanın həlak olduğunu bəyan edib.

"Report" xəbər verir ki, bu barədə Almaniyanın "Frankfurter Allgemeine Sonntagszeitung" qəzeti öz mənbəsinə istinadən məlumat yayıb.

Bununla yanaşı məqalədə qeyd olunur ki, bu informasiya rəsmi təsdiqini tapmayıb.

Ukrayna prezidenti Münhen təhlükəsizlik konfransında çıxışı zamanı hərbi münaqişədə 1200 hərbçi və 5400 dinc sakinin öldüyünü məlumat verib.

Son xəbərlər

Orphus sistemi