Almaniyada nifrət və zorakılığın qızışdırılmasına qarşı tədbirlər sərtləşdiriləcək

Almaniyada nifrət və zorakılığın qızışdırılmasına qarşı tədbirlər sərtləşdiriləcək Almaniyanın daxili işlər naziri Nensi Fezer Avropa Parlamentinə seçkilərdə namizəd olan Sosial Demokrat Partiyasının (SPD) üzvü Mattias Ekkeyə hücumdan sonra internetdə nifrət və zorakılığın qızışdırılmasına qarşı tədbirlərin sərtləşdiriləcəyini elan edib
Digər ölkələr
7 May , 2024 03:50
Almaniyada nifrət və zorakılığın qızışdırılmasına qarşı tədbirlər sərtləşdiriləcək

Almaniyanın daxili işlər naziri Nensi Fezer Avropa Parlamentinə seçkilərdə namizəd olan Sosial Demokrat Partiyasının (SPD) üzvü Mattias Ekkeyə hücumdan sonra internetdə nifrət və zorakılığın qızışdırılmasına qarşı tədbirlərin sərtləşdiriləcəyini elan edib.

"Report"un məlumatına görə, bu barədə DPA agentliyi xəbər yayıb.

"Xüsusilə federal səviyyədə həddindən artıq marginallara, nifrət və onlayn zorakılığa qarşı siyasi işləri gücləndirməliyik. Bu cür şifahi zorakılığın həqiqi şiddətə çevrilməməsi üçün orada daha sərt tədbirlərə ehtiyacımız var", - o deyib.

Son xəbərlər

Orphus sistemi