​Almaniyada daşqınlar nəticəsində ən azı 3 nəfər ölüb

​Almaniyada daşqınlar nəticəsində ən azı 3 nəfər ölüb Ölənlərin cəsədləri su altında qalan evdə tapılıb
Digər ölkələr
2 İyun , 2016 01:36
​Almaniyada daşqınlar nəticəsində ən azı 3 nəfər ölüb

Bakı. 2 iyun. REPORT.AZ/ Almaniyanın cənub-şərq hissəsində yerləşən Aşağı Bavariya inzibati dairəsində baş verən daşqınlar nəticəsində ən azı 3 nəfər həyatını itirib.

"Report" xəbər verir ki, bu barədə pis hava şəraiti səbəbindən qəza həyəcanının elan olunduğu Rottal-İnn rayonu rəhbərliyinə istinadən "Frankfurter Allgemeine Zeitung" qəzeti yazıb.

Məlumata görə, ölənlərin meyitləri Zimbax-am-İnn şəhərində su altında qalan yaşayış evindən aşkar olunub.

Digər ölən və ya itkin düşənlər barədə məlumat verilmir.

Həmçinin bildirilir ki, çərşənbə günü axşama doğru pis hava şəraitinin hökm sürdüyü ərazilərdə təqribən 9 min ev işıqsız qalıb.

Qəzetin məlumatına görə, daşqınlar səbəbindən xidmətlər ən azı növbəti günədək elektrik enerjisi təchizatını bərpa edə bilmirlər.

Son xəbərlər

Orphus sistemi