Bakı. 28 iyul. REPORT.AZ/ "Avropada terror təhlükəsi xəbərdarlığı sisteminin daha səmərəli mexanizmlərini işləyib hazırlamaq lazımdır".
"Report" TASS-a istinadən xəbər verir ki, bunu Almaniya kansleri Angela Merkel Berlində keçirilən ölkənin xarici və daxili siyasətinə həsr olunmuş mətbuat konfransında deyib.
"Radikallaşma ilə bağlı təhlükə xəbərdarlığı sistemini təkmilləşdirməliyik", - deyə o, qeyd edib. Kansler eyni zamanda miqrantların vətənlərinə qaytarılması mexanizmlərinin təkmilləşdirilməsinin zəruriliyini vurğulayıb.