Almaniya kansleri terror hücumları xəbərdarlığı sisteminin təkmilləşdirilməsinin tərəfdarıdır

Almaniya kansleri terror hücumları xəbərdarlığı sisteminin təkmilləşdirilməsinin tərəfdarıdır Angela Merkel: "Avropada terror təhlükəsi xəbərdarlığı sisteminin daha effektiv mexanizmlərini işləyib hazırlamaq lazımdır"
Digər ölkələr
28 İyul , 2016 16:14
Almaniya kansleri terror hücumları xəbərdarlığı sisteminin təkmilləşdirilməsinin tərəfdarıdır

Bakı. 28 iyul. REPORT.AZ/ "Avropada terror təhlükəsi xəbərdarlığı sisteminin daha səmərəli mexanizmlərini işləyib hazırlamaq lazımdır".

"Report" TASS-a istinadən xəbər verir ki, bunu Almaniya kansleri Angela Merkel Berlində keçirilən ölkənin xarici və daxili siyasətinə həsr olunmuş mətbuat konfransında deyib.

"Radikallaşma ilə bağlı təhlükə xəbərdarlığı sistemini təkmilləşdirməliyik", - deyə o, qeyd edib. Kansler eyni zamanda miqrantların vətənlərinə qaytarılması mexanizmlərinin təkmilləşdirilməsinin zəruriliyini vurğulayıb.

Son xəbərlər

Orphus sistemi