Almaniya hökuməti Suriyadakı antiterror əməliyyatlarında iştirakla bağlı qərar qəbul edib

Almaniya hökuməti Suriyadakı antiterror əməliyyatlarında iştirakla bağlı qərar qəbul edib Qərar təsdiqlənsə rəsmi Berlin bölgəyə "Tornado" adlı kəşfiyyatçı təyyarə, hərbi gəmi və 1200-ə yaxın əsgər göndəriləcək
Digər ölkələr
1 Dekabr , 2015 13:21
Almaniya hökuməti Suriyadakı antiterror əməliyyatlarında iştirakla bağlı qərar qəbul edib

Bakı. 1 dekabr. REPORT.AZ/ Almaniya hökuməti Silahlı Qüvvələrinin Suriyada terrorçu İŞİD qruplaşmasına qarşı mübarizədə iştirakına dair qərar qəbul edib.

"Report" xəbər verir ki, bu haqda "France Presse" məlumat yayıb.

Qeyri-rəsmi mənbənin bildirdiyinə görə, parlament bu qərarı təsdiqləsə, o zaman Almaniya Suriyadakı beynəlxalq antiterror koalisiyasına qoşularaq, bölgəyə "Tornado" adlı kəşfiyyatçı təyyarə, hərbi gəmi və 1200-ə yaxın əsgər göndərəcək. 

Məlumata görə, Fransa hökuməti noyabrın 13-də Parisdə törədilən terror aktlarından sonra Almaniyadan Suriyadakı antiterror əməliyyatlarında iştirak etməsini istəyib. 

Son xəbərlər

Orphus sistemi